“Yunanlar bizi döyürdülər, türk əsgərlər gəlib xilas etdilər”

“Yunanlar bizi döyürdülər, türk əsgərlər gəlib xilas etdilər”

Suriyalı miqrantlar başlarına gətirilən işgəncələrdən danışıblar

 

 

Yunanıstan tərəfdən Türkiyəyə göndərildikləri iddia edilən suriyalı miqrantlar (252 nəfər) başlarına gələnlərdən danışıblar. AYNA xarici mətbuata istinadən xəbər verir ki, miqrantlar Avropa İttifaqını insan hüquqlarının pozulmasına görə hərəkətə keçməyə çağırıblar.

 

“Yunan əsgərlər bizə qarşı pis münasibət göstərdilər, işgəncəyə məruz qaldıq. Üzümüzə yumruqlar vururdular. Çoxumuzu isə dəmir çubuqlarla döyürdülər”, - miqrantlardan biri deyib.

 

“Xəstəydim, dərman qəbul edirdim. Çantamı götürdükləri üçün dərmanımı ala bilmədim. Dərmanımı istəyəndə isə məni döydülər. Stansiyada iki gün ac və susuz qaldıqdan sonra bizi Meriç çayının kənarına gətirdilər. Bizi döydükdən sonra çaya atdılar. Su səviyyəsi çox yüksək olmadığı üçün Türkiyə tərəfinə keçdik. Türk əsgərləri gəlib bizi xilas elədilər. Sonra bizi Miqrasiya İdarəsinə gətirdilər və yemək verdilər. Allah Türkiyədən razı olsun”, - deyə başqa bir miqrant danışıb.

Müəllif: Ayna.az      7 Noyabr 2019 15:21
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin