Neft-qaz sektorunda kütləvi ixtisar ehtimalı var

Neft-qaz sektorunda kütləvi ixtisar ehtimalı var

Azalmanın mümkün səbəbləri nə ola bilər?

 

Gələn il Azərbaycandakı beynəlxalq neft-qaz layihələrini həyata keçirən şirkətlərin və onlara xidmət göstərən subpodartçı şirkətlərin işçilərinin əməkhaqqından büdcəyə ödənən gəlir vergisinin məbləği 12 mln. manat azalma ilə proqnoz edilir.

 

Azalmanın mümkün səbəbləri nə ola bilər? Bu sahəyə vergi güzəşti gözlənmir, deməli bu səbəb istisnadır.

 

Əməkhaqqı məbləğinin azalması real görünmür, ən azından bu seqment üçün ehtimal belə, olunmayacaq versiyadır. Yalnız bir səbəb qalır - işçi ixtisarı. Ümid edirəm, parlamentdə vergi-maliyyə qurumlarının rəhbərləri daha real səbəbi mediaya açıqlaya bilərlər.

 

Bununla bağlı maraqlı bir məqam da var: 2019-cu ildə əməkhaqqından tutulan gəlir vergisi üzrə daxilolmaların, təxminən 48%-ni bu şirkətlər və onların subpodratçıları ödəyəcək - söhbət 290 mln. manatdan gedir.

 

Maraqlıdır, orda nə qədər işçi çalışır ki? Nəzərə alaq ki, ən azı 750-800 min nəfərə maaş ödəyən büdcə təşkilatlarının gəlir vergisi üzrə daxilolma cəmi 285 mln. manat olacaq...

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert      6 Noyabr 2019 14:40
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin