DYP sürücüləri daha ciddi nəzarətə götürür

DYP sürücüləri daha ciddi nəzarətə götürür

Rüfət Quliyev: “YPX avtomobillərində narkotesterlər mövcuddur ki, onlar narkotik vasitə barədə məlumat verə bilir”

 

Son zamanlar kütləvi informasiya vasitələrində yayılan məlumatlardan görünür ki, narkotik vasitələrdən istifadə edərək sükan arxasına keçən bəzi sürücülər yollarda ciddi təhlükə yaradırlar. Bu isə cəmiyyətdə ciddi narahatlığa səbəb olur.

 

Bu barədə AYNA-ya açıqlama verən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyevin sözlərinə görə, Daxili İşlər Orqanlarında, o cümlədən Baş Dövlət Yol Polisi İdarəsində narkomaniyaya qarşı kompleks tədbirlər həyata keçirilir: “Təəssüf ki, narkomaniya problemi ölkəmizdən də yan keçməyib. Son zamanlar, xüsusilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslər arasında narkotik vasitələrdən və psixotrop maddələrdən qanunsuz istifadə hallarına rast gəlinməsi isə daha ciddi təhlükələrdən xəbər verir. Müntəzəm marşrut xətti üzrə avtobus idarə edən şəxslər tərəfindən hətta nəqliyyat vasitəsinin sükanı arxasında narkotik qəbul edilməsi faktlarının qeydə alınması bütün əlaqədar qurumları və cəmiyyəti bu dəhşətli bəlaya qarşı mübarizədə səfərbər etməlidir”.

Müəllif: Ayna.az      6 Noyabr 2019 13:31
Cəmiyyət bölməsinə aid digər xəbərlər
30 Sentyabr
23:21
Arayış almaq üçün qapı-qapı gəzib, manat-manat xərcləməkdən qurtulmaq zamanıdır
30 Sentyabr
21:15
Beynəlxalq aləmin təsirsizliyi Azərbaycanın işinə yarayacaq – TARİXİ ƏDALƏT
30 Sentyabr
19:15
“Onlar hərbi cinayətkarları bizə təhvil verməyəcəklər, lakin…”
30 Sentyabr
17:05
“Torpaqlarımızdan tam və dərhal çıxıb rədd olmalıdırlar” - PREZİDENT
30 Sentyabr
15:57
“Əsl müharibə o vaxt başlayacaq ki, raket zərbələri paytaxtlara çatacaq” – TROFİMÇUK
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin