Oktay Gülalıyevin vurulması ilə bağlı istintaq niyə susur?

Oktay Gülalıyevin vurulması ilə bağlı istintaq niyə susur?

Hüquq müdafiəçisi xüsusi təyyarə ilə Türkiyəyə yola salınıb

 

Oktyabrın 29-da küçədə avtomobil tərəfindən vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin cinayət işi ilə bağlı heç bir məlumat yoxdur. Onu vuran şəxslə bağlı açılan cinayət işi haqqında ictimaiyyətə hər hansı məlumat verilmir.

 

AYNA xəbər verir ki, hüquq müdafiəçisi Əlövsət Sadıqlı həmkarını vuran şəxsin hələ də gizli saxlanılması, cinayət işi ilə bağlı ictimaiyyətə məlumat verilməməsinə etiraz edib. O, baş verən qəzanın qəsdlə edildiyi ehtimalını xatırladıb: “Oktay bəyin vurulma anının videosundan aydın görünür ki, sürücü sola dönərkən piyada keçidində saxlayıb piyadalara yol verməli olduğu halda, saxlamır və ya Oktay bəyin qarşısında görünən piyada keçidinin daha geniş hissəsindən manevr etmək imkanı olduğu halda, etmir və avtomobili tam sürətlə Oktay bəyin üzərinə sürür. Bu görüntünü izləyən hər kəsdə, o cümlədən Oktay bəyin ailə üzvlərində, yaxın qohumlarında, həmkarlarında və böyük ictimai fikirdə hadisənin adi yol qəzası yox, terror effekti yaratmaq məqsədilə törədilmiş sui-qəsd olması barədə qənaət formalaşıb”.

Müəllif: Raminə Eyvazqızı      6 Noyabr 2019 13:09
Cəmiyyət bölməsinə aid digər xəbərlər
30 Sentyabr
23:21
Arayış almaq üçün qapı-qapı gəzib, manat-manat xərcləməkdən qurtulmaq zamanıdır
30 Sentyabr
21:15
Beynəlxalq aləmin təsirsizliyi Azərbaycanın işinə yarayacaq – TARİXİ ƏDALƏT
30 Sentyabr
19:15
“Onlar hərbi cinayətkarları bizə təhvil verməyəcəklər, lakin…”
30 Sentyabr
17:05
“Torpaqlarımızdan tam və dərhal çıxıb rədd olmalıdırlar” - PREZİDENT
30 Sentyabr
15:57
“Əsl müharibə o vaxt başlayacaq ki, raket zərbələri paytaxtlara çatacaq” – TROFİMÇUK
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin