Gizli şəkildə ölkədən çıxmaq istəyən 8 nəfər saxlanılıb

Gizli şəkildə ölkədən çıxmaq istəyən 8 nəfər saxlanılıb

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir

 

3 noyabr 2019-cu il tarixdə saat 00:20 radələrində Ağstafa rayonu yaxınlığında yerləşən “Sadıxlı” sərhəd zastavasının xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 8 nəfər Azərbaycan vətəndaşı həmin ərazidə xidmət aparan sərhədçilər tərəfindən saxlanılıb. Bu barədə AYNA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

İlkin araşdırma zamanı həmin şəxslərin Ağstafa rayon sakinləri, 2000-ci il təvəllüdlü Bukavazin İlkin Qərib oğlu, 2000-ci il təvəllüdlü Bədirov Kamran Cavad oğlu, 2004-cü il təvəllüdlü Bədirov Novruz Müzəffər oğlu, 2009-cu il təvəllüdlü Bukavazina Sevinc Qərib qızı, 2015-ci il təvəllüdlü Bədirova Asya Vaqif qızı, 2015-ci il təvəllüdlü Mirzəyev Rövşən Həmid oğlu, 2016-cı il təvəllüdlü Bukavazina Mədinə Aslan qızı və Yevlax rayon sakini, 1999-cu il təvəllüdlü Bukavazina Zəminə Rəsul qızı olmaları müəyyən edilib.

 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az      5 Noyabr 2019 12:30
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin