Qərb gömrüyündə araşdırma aparılır

Qərb gömrüyündə araşdırma aparılır

Oturacaqların altından 7 ədəd mobil telefon aşkarlanıb

 

Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Ford Focus" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, bu zaman o, idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı nəqliyyat vasitəsinin oturacaqlarının altında gizlədilən 3 ədəd "Redmi Note 8", 1 ədəd "Redmi 8A", 1 ədəd "Samsung Galaxy A20S" və 2 ədəd "Samsung Galaxy A20" markalı mobil telefonlar aşkarlanıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      5 Noyabr 2019 11:17
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin