Rusiyadan Bakıya gələn mikroavtobus qəzaya düşdü - 7 yaralı

Rusiyadan Bakıya gələn mikroavtobus qəzaya düşdü -     7 yaralı

Yaralıların hamısının Azərbaycan vətəndaşı olduğu bildirilir 

 

Rusiyanın Rostov vilayətindən Bakıya gələn mikroavtobusun qəzaya uğrayıb.

 

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Stavropol diyarının Budyonnovsk rayonunun Blaqodarnı qəsəbəsinin yaxınlığına baş verib. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

 

Onların hamısının Azərbaycan vətəndaşı olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Rusiya DİN-in Stavropol diyarı üzrə Baş İdarəsinin məlumatına görə, “Ford Transit” markalı mikroavtobus “Lifan” markalı minik avtomobili ilə toqquşub. Mikroavtobus toqquşmadan sonra yolun kənarındakı ağaca çırpılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: Ayna.az      5 Noyabr 2019 04:13
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin