Zərbənin gücündən avtomobildən bayıra düşdü və sağ qaldı – VİDEO

Zərbənin gücündən avtomobildən bayıra düşdü və sağ qaldı –     VİDEO

Qəza noyabrın 4-də səhər saatlarında Dağıstanın Mahaçqala şəhərində baş verib

 

Dağıstanın Mahaçqala şəhərində ağır qəza baş verib. Qəzada avtomobillərdən birinin sürücüsü, güclü zərbədən sonra sərnişin oturacağından bayıra düşsə də, möcüzə nəticəsində sağ qalıb.

 

AYNA oxu.az-a istinadən xəbər verir ki, müşahidə kamerası qəzanı anbaan lentə alıb.

 

Qəza noyabrın 4-ü səhər saatlarında Abubakarov və Salavatov küçələrinin kəsişməsində baş verib. Daxili İşlər Nazirliyi qəzada “Priora”ya yol verməyən “VAZ-2107”nin sürücüsünü təqsirləndirib. Qeyd edək ki, qəza zamanı “Priora” markalı avtomobil əks yola çıxaraq “Hyundai” markalı avtomobilə çırpılıb.

 

Zərbə o qədər güclü olub ki, “Priora”nın sahibi sərnişin oturacağından çölə “uçub”. Ehtimal ki, o, təhlükəsizlik kəməri taxmayıb. 40 yaşlı kişi və 37 yaşlı həyat yoldaşı çox sayda xəsarətlə xəstəxanaya yerləşdirilib. Hadisə səbəbkarı isə göyərmə və sürtünmələrlə xilas ola bilib.

Müəllif: Ayna.az      4 Noyabr 2019 19:31
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin