Ölkəyə narkotik vasitə keçirilməsinə imkan verilməyib - VİDEO

Ölkəyə narkotik vasitə keçirilməsinə imkan verilməyib -       VİDEO

Ehtiyat hissəsində gizlədilən narkotik vasitə aşkar edilib

 

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Astara gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşları Məmmədov İbrahim Eldar oğlu və Qurbanov Qulam Əhməd oğluna məxsus əl yükləri rentgen aparatında yoxlanılarkən monitorda şübhəli cizgilər müşahidə olunub.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, nəqliyyat vasitələrinin ehtiyat hissələrindən ibarət olan həmin yük saxlanılıb və təkrar yoxlanılıb. Yoxlama zamanı 1 ədəd ağ rəngli sellofan torbada olan karton qutunun içərisində ehtiyat hissəsinin daxilindəki boşluqdan aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 2500 qram olan qara rəngli narkotik vasitə - tiryək aşkar edilib.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      4 Noyabr 2019 17:15
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin