Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir
Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən 4 noyabr 2019-cu il tarixində Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
AYNA- ya bu barədə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Ən son xəbərləri səhifəmizdən də izləyin