Xilasedicilər 8 nəfərin yardımına yetişiblər

Xilasedicilər 8 nəfərin yardımına yetişiblər

Üçü azyaşlı olmaqla 7 nəfərin liftdən, 1 nəfərin bağlı qapı arxasından çıxarılması təmin edilib

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Nərimanov və Nizami rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 7 nəfərin liftdən çıxarılması təmin edilib.

 

Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin “qaynar xətt”inə daxil olan məlumata əsasən, Abşeron rayonunun Masazır qəsəbəsində 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az      4 Noyabr 2019 10:35
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin