Bəstəkarlar İttifaqının sədri: “Onlara baxanda adam xəcalət çəkir”

Bəstəkarlar İttifaqının sədri: “Onlara baxanda adam xəcalət çəkir”

Firəngiz Əlizadə: “Müğənni mahnını bərbad səslə ifa edir, bəstəkar da bu işdən pul qazandığı üçün etiraz etmir”

 

Xəbər verdiyimiz kimi, oktyabrın 25-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) 85 illiyinə həsr olunmuş Musiqi Festivalı ilə əlaqədar mətbuat konfransı keçirilib. Konfrans çərçivəsində bir sıra məsələlərə toxunan ABİ sədri Firəngiz Əlizadə AYNA əməkdaşının da suallarını cavablandırıb.

 

- Firəngiz xanım, incəsənət sahələrini özündə birləşdirən qurumların fəaliyyətinə ehtiyac varmı?

 

- Görkəmli bəstəkar Tofiq Quliyevin Bəstəkarlar İttifaqına sədrlik etdiyi vaxtlarda İttifaq özünün ən çətin dövrlərini yaşayırdı. Həmin zamanlarda da belə bir fikir formalaşmışdı ki, yaradıcı ittifaqların fəaliyyətinə ehtiyac yoxdur və ittifaqlar ləğv olunmalıdır. Səbəb də onu gətirirdilər ki, müstəqil Azərbaycan Respublikasında Sovet İttifaqının qalıqları olan qurumlara ehtiyac yoxdur. Amma bizim qurumlarımız bu gün də öz fəaliyyətini davam etdirir və böyük uğurlar qazanır. Təkcə Bəstəkarlar İttifaqı deyil, həmçinin Yazıçılar Birliyi, Rəssamlar İtiifaqı, Teatr Xadimləri İtiifaqı, Kino İttifaqı da bu uğurlara imza atır. Çünki bu qurumlara böyük ehtiyac var və onların fəaliyyəti təqdirəlayiqdir. Onlar xalq tərəfindən qəbul olunur və uğurları danılmazdır.

 

- Bəstəkarlar İttifaqı Nəsimi ilinə həsr olunmuş layihələr həyata keçirirmi?

 

- Biz Nəsimiyə həsr olunan bir sıra tədbirlər həyata keçirmişik. Bununla bağlı olaraq Bakı Musiqi Akademiyasında böyük müsabiqə keçirildi və laureatlarımız oldu. Hətta laureatların bəziləri tələbələrdən ibarət idi. Bundan əlavə, bu yaxınlarda Almaniyada “Nəsimi ili”nə həsr olunmuş tədbir həyata keçirdik. Müasir dünya musiqisinin mərkəzi olan Berlin şəhərində gənclərin iştirakı ilə 3 konsertimiz baş tutdu. Təbii ki, Nəsimi mövzusu hal-hazırda ən mühüm mövzulardan biridir.

Müəllif: Mərahim Nəsib      7 Noyabr 2019 10:15
Mədəniyyət bölməsinə aid digər xəbərlər
13 Avqust
18:09
Səfir Eldar Həsənov həbs edilib – RƏSMİ
13 Avqust
17:18
“Bölgəmiz genişmiqyaslı hərbi əməliyyatlara doğru gedir” – TOFİQ ZÜLFÜQAROV
13 Avqust
16:12
Yeni tədris ilində dərslər necə keçiriləcək? - İki ssenari var
13 Avqust
14:22
Kafe-restoran sahibləri öz başlarına çarə qılmalı olacaqlar
13 Avqust
11:16
“Tovuzda ermənilərin təxribatı Rusiyadan qaynaqlanırdı” – DEPUTAT
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin