Məmurların əmlak bəyannaməsi verməsi tələbi yenidən gündəmə gəlib

Məmurların əmlak bəyannaməsi verməsi tələbi yenidən gündəmə gəlib

“Kiçikdən-böyüyə heç bir məmura mexanizmin işləməsi sərfəli deyil”

 

“Məmur balasının bahalı saat məsələsi bu gün də sosial şəbəklərin əsas mövzusudur. Hansı vəzifəli məmuru istəyirsiniz qaldıraq, arxasından milyonluq (bəzilərindən milyardlıq) sərvət çıxacaq”.

 

AYNA xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Rövşən Ağayev öz “Facebook” səhifəsində paylaşıb. “İllərdir bu ölkənin mütərəqqi düşünən bütün insanları deyirlər ki, vəzifəli şəxslərin gəlir və əmlak bəyannaməsi açıq olmalıdır. Hər kəs də bilir ki, bu sistem işləsə, varidatı gizlətmək çətin olacaq. Çünki alternativ informasiya mənbələri gizli əmlakları üzə çıxaran kimi artıq həmin vəzifəli şəxsin postunu tərk eləməkdən, məsuliyyətə cəlb edilməkdən savayı yolu qalmayacaq” – deyə o yazıb.

Mütəxəssisin sözlərinə görə, bu gün qanun işləmədəyi üçün belə faktların aşkarlanması hüquqi nəticə doğurmur: “Sistem isə açıq-aşkar bu mexanizmin işləməsinə müqavimət göstərir. Kiçikdən-böyüyə heç bir məmura mexanizmin işləməsi sərfəli deyil. Hələ onu demirəm ki, sistem-sistem olsa, belə şəxslər o postları yalnız röyalarda xəyal edə bilərlər”.

 

Ağayevin fikrincə, idarəetmədə şəffaflıq, hesabatlılıq, ictimai iştirakçılıq korrupsiya və sərvət bərabərsizliyinin qarşısını almaq üçün əsas mexanizmdir: “Diqqət edin, bizim hökumət son 3 ildə nə qədər çox islahatdan danışdısa, şəffaflıq və hesabatlılıq bir o qədər arxa planda qaldı. Dövlət büdcəsinin icrası ilə bağlı hesabatlara baxın, mən deyəni özünüz də görəcəksiniz".

Müəllif: Ayna.az      28 İyun 2019 12:46
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin