Əsas səhifə Haqqımızda Xəbər lenti

Gəncədə və Qırmızı Körpü ərazisində logistik mərkəzlər qurulacaq

Gəncədə və Qırmızı Körpü ərazisində logistik mərkəzlər qurulacaq

Gəncə şəhərində və Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü ərazisində logistik mərkəzlərin qurulması planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” mövzusunda konfransda Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının katibi Rüfət Bayramovməlumat verib. 

"Hər bölgədə logistika mərkəzləri qurulacaq. Artıq Ələtdə belə mərkəz - azad ticarət zonası qurulub", - deyə o qeyd edib. 

Bundan başqa, R.Bayramovun sözlərinə görə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri artıq sinxronlaşdırılıb və intensiv fəaliyyət göstərir. 

11 İyun 2019 18:30
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin