Səhiyyə Nazirliyi: Xəstəxanaya 9 yaralı gətirilib

Səhiyyə Nazirliyi: Xəstəxanaya 9 yaralı gətirilib

Yaralılara lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar

 

Dünən Yeni Ramana yolunda baş verən avtomobil qəzası nəticəsində 3 saylı şəhər xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə ümumilikdə 9 nəfər gətirilib.

 

Bu barədə AYNA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yaralılara lazımi tibbi yardım göstərilib.

 

Səhər saat 09:00 üçün xəstəxanadan verilən məlumata görə, lazımı tibbi yardım göstərildikdən sonra bütün xəstələr ambulator müalicəyə buraxılıblar.

Müəllif: Ayna.az      1 Noyabr 2019 10:53
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin