Bu gün Azərbaycan şahmatçıları ermənilərlə qarşılaşacaq

Bu gün Azərbaycan şahmatçıları ermənilərlə qarşılaşacaq

Görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlanacaq

 

Gürcüstanın Batumi şəhərindəki şahmat üzrə komandalararası Avropa çempionatında bu gün VIII turun görüşləri keçiriləcək.

 

AYNA-nın məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Ermənistanla qarşılaşacaq. Qadın millisi isə Fransa ilə üz-üzə gələcək. Görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

 

7 turdan sonra xal durumu belədir:

 

Kişilər: 1. Rusiya - 12, 2 - 4. Ukrayna, İngiltərə, Almaniya - 11, 5. Sloveniya - 10, 6 - 8. Ermənistan, AZƏRBAYCAN, Xorvatiya - 9 xal.

 

Qadınlar: 1. Rusiya - 13, 2. Gürcüstan - 11, 3 - 5. AZƏRBAYCAN, Ukrayna, Ermənistan - 10, 6 - 8. Fransa, İtaliya, Türkiyə - 9 xal.

 

Müəllif: Ayna.az      1 Noyabr 2019 02:52
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin