Qazaxın bir neçə kəndi və döyüş mövqelərimiz atəşə tutulub

Qazaxın bir neçə kəndi və döyüş mövqelərimiz atəşə tutulub

DSX: Bütün hallarda düşmən bölmələrinin atəş nöqtələri cavab atəşi ilə susdurulub

 

2019-cu il 29 oktyabr tarixində axşam saatlarından başlanılmaqla Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax rayonunun bir neçə kəndi və sərhəd döyüş mövqelərimiz istiqamətində atəşkəs rejimini davamlı surətdə pozub.

 

Bu barədə AYNA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, bütün hallarda düşmən bölmələrinin atəş nöqtələri cavab atəşi ilə susdurulub.

 

“Eyni zamanda bildiririk ki, atəşkəs rejiminin Azərbaycan tərəfindən pozulması barədə Ermənistan mətbuatının məlumatları həqiqətə tam ziddir, hərbi qulluqçularımız tərəfindən qarşı tərəfin təxribatına cavab olaraq düşmən mövqelərinə doğru atəş açılıb, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq yaşayış məntəqələri istiqamətində və mülki şəxslərə qarşı silah tətbiq olunmayıb”, - deyə DSX-dən qeyd olunub.

Müəllif: Ayna.az      30 Oktyabr 2019 16:27
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin