İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb

İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb

Dövlət başçısı Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bir daha çatdıraraq, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

 

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri haqqında fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az      30 Oktyabr 2019 16:57
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin