Fədayə Laçın azadlıqda

Fədayə Laçın azadlıqda

F.Laçın jurnalistlər üçün "Şirin anlar" mahnısını ifa edib

 

"Azadlığa çıxdığıma görə çox sevincliyəm. Azadlıq çox gözəl hissdir".

 

AYNA xəbər verir ki,  bunu bu gün Bakı İstintaq Təcridxanasından azadlığa buraxılan müğənni Fədayə Laçın jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, bundan sonra da sənətini davam etdirəcək: "Oxumaqdan ötrü ürəyim gedir. İki ildir ki, səhnəyə çıxmağımı gözləyirəm".

 

Daha sonra F.Laçın jurnalistlər üçün "Şirin anlar" mahnısını ifa edib.

 

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, bu gün azadlığa buraxılıb. (Report)

Müəllif: Ayna.az      29 Oktyabr 2019 11:39
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin