Çində yaşayış binası uçub: ölənlər və yaralananlar var

Çində yaşayış binası uçub:     ölənlər və yaralananlar var

Xəsarət alanların dağıntılar altından çıxarılması təxminən 11 saat davam edib

 

Çində tikilməkdə olan yaşayış binası uçub. AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb.

 

Məlumata görə, hadisə ölkənin cənubundakı Quyyan şəhərində baş verib. Hadisə zamanı səkkiz nəfər həlak olub, daha iki nəfər yaralanıb.

 

Xəsarət alanların dağıntılar altından çıxarılması təxminən 11 saat davam edib. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Hakimiyyət orqanları hadisənin başvermə səbəblərini aydınlaşdırır. Qeyd edilir ki, bununla bağlı işçi qrup yaradılıb.

 

Hadisə ilə bağlı təhqiqat aparılır.

 

Müəllif: Ayna.az      29 Oktyabr 2019 07:40
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin