Fransada məscid yaxınlığında partlayış törədildi: yaralılar var

Fransada məscid yaxınlığında partlayış törədildi:     yaralılar var

Partlayış nəticəsində 84 və 87 yaşlı 2 nəfər yaralanıb

 

Fransada 60 yaşlı şəxs məscid yaxınlığında partlayış törədib.

 

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Piriney-Atlantikdə törədilib. Baynon məscidi yaxınlığında partlayıcı qurğu yerləşdirən şəxs insanlar oradan keçərkən onu işə salıb. Nəticədə 84 və 87 yaşlı 2 nəfər yaralanıb.

 

Onlar xəstəxanaya çatdırılıb. Polis partlayışı törədəni tutub.

 

Müəllif: Ayna.az      29 Oktyabr 2019 05:34
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin