Yeni təhlükə meydana çıxıb, şəkillərinizi yığışdırın

Yeni təhlükə meydana çıxıb, şəkillərinizi yığışdırın

Üzərində paltar olan qadının fotosunu bu proqram vasitəsilə dəyişib, həmin qadının öz bədən quruluşu ilə tam çılpaq təsvirini yaratmaq mümkündür

 

Texnolgiyanın inkişafı insanların rahatlığı üçün şərait yaratsa da, bəzən narahatlıq doğuran məqamlar da ortaya çıxır. Məsələn, “Windows” və “Linux” sistemləri üçün hazırlanmış “DeepNude” adlı proqram qadınların tam çılpaq şəklini çəkməyə imkan verir.

 

Daha doğrusu, üzərində paltar olan qadının fotosunu bu proqram vasitəsilə dəyişib, həmin qadının öz bədən quruluşu ilə tam çılpaq təsvirini yaratmaq mümkündür.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, proqramı internet marketlərdən pulsuz endirmək mümkün olsa da, onun bütün funksiyalarından istifadə etmək üçün 50 dollar ödəmək lazımdır.

Müəllif: Ayna.az      27 İyun 2019 23:01
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin