Hadisə yerində 42 ədəd kəllə sümüyü aşkarlanıb

Hadisə yerində 42 ədəd kəllə sümüyü aşkarlanıb

Hadisə ilə əlaqədar olaraq istintaq işi başladılıb

 

Meksikanın paytaxtı Mexiko şəhərində narkotik maddələrin ələ keçirilməsi üçün əməliyyat işi başladılıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat zamanı 42 ədəd kəllə sümüyü, həmçinin çox sayda sümük parçaları aşkar olunub.

 

Hadisə ilə bağlı olaraq 31 nəfərin nəzarətə götürüldüyü, lakin 27-nin sonradan sərbəst buraxıldığı vurğulanıb.

 

Mexiko prokurorluğundan verilən açıqlamada isə kəllə sümüklərindən 4-nün bir cəsədin ətrafına düzüldüyü ifadə edilib.

 

Hadisə ilə əlaqədar olaraq istintaq işi başladılıb.

Müəllif: Ayna.az      28 Oktyabr 2019 17:35
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin