Səkkiz yaşlı Elnur fəryad edir: "Məni ölməyə qoymayın" - VİDEO

Səkkiz yaşlı Elnur fəryad edir: "Məni ölməyə qoymayın" -         VİDEO

Elnura yardım etmək istəyən şəxslərdən hesab nömrəsinə ödəniş etməyi və ya qeyd olunmuş nömrələrlə əlaqə saxlamağı xahiş edirik

 

Ağdaş rayonunun Yuxarı Ləki kənd sakini Teymurov Elnur Zaur oğlu xəstəliyi ilə bağlı səxavətli şəxslərdən yardım istəyir.

 

O, AYNA-ya göndərdiyi video-müraciətdə bildirir ki, təcili qara ciyər əməliyyatı olunmaq üçün böyük məbləğdə pula ehtiyacları var.

 

“Mən Teymurov Elnur Zaur oğlu təcili qaraciyər əməliyyatı olmalıyam. Xahiş edirəm bizə kömək edin. Biz əməliyyatın xərcini toplamaqda çətinlik çəkirik. Mən də sağalıb uşaqlar kimi məktəbə getmək istəyirəm”, - deyən 8 yaşlı Elnur səxavətli insanlardan ona kömək etmələrini xahiş edir.

Qeyd edək ki, 8 yaşlı Elnur Teymurov Ağdaş rayonu Yuxarı Ləki Kənd orta məktəbinin 2-ci sinifində təhsil alır. O, üç aydır qaraciyər serrozundan əziyyət çəkir, son bir ayda isə vəziyyəti daha da ağırlaşıb. Bir neçə yerə müraciət olunsa da, ancaq İran İslam Respublikasındakı həkimlər Elnurun müalicəsini öz üzərilərinə götürüblər. Bunun üçün isə 65 min manata yaxın vəsait lazımdır. Elnurun ailəsinin isə bu pulu ödəməyə maddi imkanı yol vermir. Ailə çıxılmaz vəziyyətdə qalaraq övladının sağalması və həyatda qalması üçün imkanlı şəxslərə üz tutmağı qərara alıb.

 

Videomüraciəti təqdim edirik:

Elnura yardım etmək istəyən şəxslərdən bu fotoda göstərilən hesab nömrəsinə ödəniş etməyi və ya qeyd olunmuş nömrələrlə əlaqə saxlamağı xahiş edirik:

Müəllif: Ayna.az      28 Oktyabr 2019 16:54
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin