Dövlət başçısının rayonlara səfəri davam edir

Dövlət başçısının rayonlara səfəri davam edir

İlham Əliyev Ağdaş rayonunda görülən işlərlə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Ağdaş rayonuna səfərə gəlib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Heydər Əliyevin Ağdaş şəhərində ucaldılmış abidəsini ziyarət edən Prezidentə, son illər rayonda görülən işlər barədə məlumat verilib.

 

İlham Əliyev Ağdaş rayonunda yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun açılış mərasimində də iştirak edib.

 

Dövlət basmışı, həmçinin Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi münasibətilə təşkil olunmuş tədbirdə iştirak edib.

 

Sonra ölkə rəhbəri rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 

Daha sonra Ağdaş Telekommunikasiya Qovşağının inzibati binasının əsaslı təmirdən sonra açılışı olub. İlham Əliyev açılış mərasiminə qatılıb.

 

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Qəbələ rayonunda da səfərdə olub

Müəllif: Ayna.az      28 Oktyabr 2019 14:40
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin