İki gün ərzində 44 şübhəli şəxs saxlanılıb

İki gün ərzində 44 şübhəli şəxs saxlanılıb

 2 ağır yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb

 

Respublikanın daxili işlər orqanları tərəfindən son 2 gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılıb.   

 

AYNA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.    

 

Axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Müəllif: Ayna.az      28 Oktyabr 2019 12:14
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin