Kişi şahmatçılarımız məğlub olublar

Kişi şahmatçılarımız məğlub olublar

Kişi şahmatçılarımız hazırda 7-ci pillədə qərarlaşıb

 

Gürcüstanın Batumi şəhərində kişilər və qadınlar arasında komandalarası Avropa çempionatı davam edir.

 

AYNA xəbər verir ki, 3-cü tura kişilərdən ibarət millimiz Ukrayna ilə qarşılaşıb və 1.5:2.5 hesabı ilə uduzub. Bu yığmamızın turnirdə ilk məğlubiyyəti olub.

 

Qadın şahmatçılarımızdan ibarət komandamız isə Avstriyaya qalib gəlib - 3.5:0.5

 

Kişilər

 

Ukrayna - Azərbaycan - 2.5:1.5

 

Vasili İvançuk - Şəhriyar Məmmədyarov - 0.5:0.5
Yuriy Kuzubov - Arkadiy Naydiç - 1:0
Andrey Volokitin - Rauf Məmmədov 0.5:0.5
Vladimir Onişçuk - Qədir Hüseynov - 0.5:0.5

 

Qadınlar

 

Avstriya - Azərbaycan - 0.5:3.5

 

Veronika Eksler - Xanım Balacayeva - 0:1
Dennis Trippold - Ülviyə Fətəliyeva - 0:1
Julia Novkoviç - Gülnar Məmmədova - 0.5:0.5
Barbara Teuçler - Turkan Məmmədyarova - 0:1

 

Kişi şahmatçılarımız hazırda 7-ci, qadın şahmatçılarımız isə 11-ci pillədə qərarlaşıb.

 

Müəllif: Ayna.az      26 Oktyabr 2019 23:29
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin