Moskvada keçirilən Rusiya - İran siyasi forumunda həmrəylik bəyanatı səsləndirilib
Rusiyalı diplomat Zamir Kabulov, ABŞ-ın İrana hücum edəcəyi təqdirdə, Moskvanın Tehranı tək qoymayacağını deyib. AYNA xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Zamir Kabulov, Moskvada keçirilən Rusiya – İran siyasi forumunda ABŞ-la İran arasında olan gərginlik haqda danışıb və İranı heç bir halda tək qoymayacaqlarını bildirib.
Xatırladaq ki, keçən həftə İran ABŞ-a aid pilotsuz uçuş aparatını vurub. Bundan sonra iki ölkə arasındakı gərginlik daha da şiddətlənib. Rəsmi Vaşinqton İrana hücum əmri verildiyini, lakin son məqamda bu qərardan daşınıldığını bəyan edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin