“Qızıl top”a namizədlər açıqlandı – Luka Modriç siyahıya düşmədi

“Qızıl top”a namizədlər açıqlandı –     Luka Modriç siyahıya düşmədi

“Qızıl top” mükafatına builki namizədlərin adları açıqlanıb

 

Dünyanın ən nüfuzlu futbol təşkilatı olan FİFA-nın hər il təşkil etdiyi “Qızıl top” müsabiqəsində tarixi hadisə baş verib. AYNA xəbər verir ki, ötən il bu mükafatı qazanan “Real”ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç builki siyahıya düşməyib.

 

Belə ki, Luka Modriç "Qızıl top”u qazandıqdan bir il sonrakı 30 nəfərlik siyahıya daxil edilməyən yeganə futbolçu kimi tarixə düşüb.

 

Qeyd edək ki, FİFA tərəfindən təşkil olunan "Qızıl top” mükafatı səsvermə yolu ilə mövsüm ərzində ən yaxşı oyun keçirmiş futbolçuya verilir. 

 

Onu da əlavə edək ki, sözügedən mükafatın növbəti təqdimetmə mərasimi cari ilin dekabrında baş tutacaq.

 

Müəllif: Mərahim Nəsib      25 Oktyabr 2019 21:45
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin