Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan Brüsseldə “Qətiyyətli Dəstək” nümayiş etdirəcək

Azərbaycan Brüsseldə “Qətiyyətli Dəstək” nümayiş etdirəcək

Müdafiə naziri Zakir Həsənov NATO toplantısında iştirak etmək üçün yola düşüb

 

Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasına töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində NATO-nun Mənzil-Qərargahında keçiriləcək iclasda iştirak etmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Brüssel şəhərinə yola düşüb.

 

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, oktyabrın 25-də keçiriləcək iclasda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.

 

Səfər çərçivəsində Müdafiə nazirinin ikitərəfli görüşləri də nəzərdə tutulub.

Müəllif: Ayna.az      24 Oktyabr 2019 14:14
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin