Əsas səhifə Haqqımızda Xəbər lenti

ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv etdi

ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv etdi

Donald Tramp: “Prezident Ərdoğanla çox yaxşı əlaqəmiz var"

 

ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edib. AYNA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada bəyan edib.

 

Tramp Türkiyəyə oktyabrın 14-də tətbiq olunan sanksiyaların aradan qaldırılması üçün Maliyyə Nazirliyinə göstəriş verdiyini bildirib: “Maliyyə naziri Stiven Mnuçinə göstəriş verdim ki, Türkiyəyə qarşı oktyabrın 14-dən tətbiq edilən bütün sanksiyaları ləğv etsin”.

 

Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür də edib: “Prezident Ərdoğanla çox yaxşı əlaqəmiz var. Ölkəsi üçün doğru olan işi gördü. Çox yaxın zamanda onunla görüşəcəyik”.

 

Artıq ABŞ-ın Maliyyə Nazirliyi Trampın göstərişi ilə bağlı yazılı məlumat paylaşıb. Qeyd olunub ki, Türkiyəyə “Barış pınarı” əməliyyatı səbəbindən tətbiq edilən sanksiyalar ləğv olunub.

 

Bununla da, Milli Müdafiə naziri Hulusi Akar, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz və Daxili İşlər naziri Süleyman Soylu ABŞ-ın sanksiya siyahısından çıxarılıb.

 

Müəllif: Ayna.az      23 Oktyabr 2019 22:37
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin