Əsas səhifə Haqqımızda Xəbər lenti

Almaniyada yaşayan azərbaycanlıların nəzərinə

Almaniyada yaşayan azərbaycanlıların nəzərinə

Azərbaycanlılar üçün səyyar konsul qəbulu keçiriləcək

 

Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətində yaşayan azərbaycanlılar üçün konsul qəbulu keçiriləcək.

 

AYNA-ya bu barədə Almaniyada yaşayan azərbaycanlı hüquqşünas, “Legat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat verib.

 

Ə.Əliyev bildirib ki, bu barədə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənova müraciət edib: “Səfirə 18 oktyabr 2019-cu il tarixdə müraciət göndərmişdim. Xahiş etmişdim ki, Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağında yaşayan həmvətənlərimizin çox olmasını nəzərə alaraq, vətəndaşlara xidmət üçün səyyari konsul qəbulu keçirilməsini təmin etsin”.

 

“Həmin müraciətə aşağıdakı məzmunda cavab almışıq: "Nəzərinizə çatdırırıq ki, səfirliyimiz tərəfindən mütəmadi olaraq Almaniyanın müxtəlif bölgələrində səyyar konsul qəbulları keçirilir. Bildiririk ki, Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağında müvafiq səyyar konsul qəbulunun keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən səyyar konsul qəbulunun keçirilməsindən öncə səfirliyin internet səhifəsində və “twitter” sosial şəbəkəsindəki hesabında müvafiq elan yerləşdiriləcək””, - deyə, o, qeyd edib.

 

Hüquqşünas buna görə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənova təşəkkür edib: “Qəbul vaxtını səbrsizliklə gözləyirik. Vaxt və ünvan dəqiqləşdirildikdən sonra yeni məlumat verəcəyik”.

Müəllif: Ayna.az      23 Oktyabr 2019 16:07
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin