Mikayıl Cabbarov Vergilər naziri vəzifəsindən azad edildi

Mikayıl Cabbarov Vergilər naziri vəzifəsindən azad edildi

Prezident onu İqtisadiyyat naziri vəzifəsinə təyin edib

 

Prezident İlham Əliyev Mikayıl Cabbarovu Vergilər naziri vəzifəsindən azad edib. AYNA bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

 

Prezidentin digər sərəncamı ilə Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin olunub.

 

Xatırladaq ki, dünən ölkə başçısının sərəncamı ilə Şahin Mustafayev İqtisadiyyat naziri vəzifəsindən azad olunaraq, Baş Nazirin müavini postuna təyin edilib.

Müəllif: Ayna.az      23 Oktyabr 2019 15:04
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin