Əsas səhifə Haqqımızda Xəbər lenti

KİVDF-yə 4 milyon, siyasi partiyalara 3 milyon manat ayrılacaq

KİVDF-yə 4 milyon, siyasi partiyalara 3 milyon manat ayrılacaq

Qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq

 

Gələn il Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) ayrılacaq vəsaitin məbləği müəyyənləşib. AYNA APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilənə əsasən, Fonda 4 milyon 133 min 184 manat vəsait ayrılacaq.

 

Gələn il siyasi partiyalara veriləcək maliyyə yardımının da məbləği müəyyənləşib. 2020-ci ildə siyasi partiyalara 3 milyon manat maliyyə yardımı verilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Müəllif: Ayna.az      23 Oktyabr 2019 14:30
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin