Gürcüstandan gələn Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstandan gələn Azərbaycan vətəndaşı saxlanılıb

Mobil telefonları gömrükdən gizlədərək keçirmək istəyib

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "ROVER-45" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

 

Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən (şitindən) 4 ədəd "Samsung Galaxy A 10 S", 4 ədəd "Samsung Galaxy A 20", 3 ədəd "Mi Play" və 2 ədəd "Redmi Note 7" markalı mobil telefonlar aşkarlanıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      23 Oktyabr 2019 10:55
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin