Yüksək sürət zəncirvari qəzaya səbəb oldu - Yaralılar var - FOTOLAR

Yüksək sürət zəncirvari qəzaya səbəb oldu - Yaralılar var -             FOTOLAR

Hər üç yaralıya tibbi yardım göstərilib

 

Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən nəqliyyat hadisəsi baş verib.

 

AYNA-nın “Qafqazinfo”ya istinadən xəbərinə görə, şəhərin Şah İsmayıl Xətai prospektində "VAZ 2107" markalı avtomobillə "VAZ 21 011" və "Mercedes" markalı avtomobil toqquşub. Qəza zamanı "VAZ 21 07" markalı avtomobilin sürücüsü Elvin Əliyev , "Mercedes"in sürücüsü İkram Cəfərov və "VAZ 21 011" markalı maşını sürən Məsim Hacıyev müxtəlif bədən xəsarətləri alıblar. Hər üç yaralıya tibbi yardım göstərilib. Qəzaya avtomobillərdən birinin yüksək sürətlə hərəkət etməsi göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.

 


 
Müəllif: Ayna.az      23 Oktyabr 2019 03:40
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin