Rusiya və Türkiyə dünyanın gözlədiyi memorandumu imzaladı - 10 MADDƏ

Rusiya və Türkiyə dünyanın gözlədiyi memorandumu imzaladı -     10 MADDƏ

Rusiya və Türkiyə Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın Soçi görüşündən sonra Suriya məsələsi üzrə 10 maddəlik tarixi memorandum sənədi imzalayıb

 

AYNA sənəddə qeyd olunan maddələri təqdim edir:

 

1.Hər iki tərəf Suriyanın siyasi birliyi və ərazi bütövlüyünün mühafizəsinə və Türkiyənin milli təhlükəsizliyinin qorunmasına olan bağlılıqları təsdiq edəcəklər.

 

2. Terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizə aparmaq və Suriya ərazisindəki separatçı gündəmləri qırmaq əzmi təmin olunacaq.

 

3. Bu çərçivədə, Tel Abyad və Ras-ul Ayn da daxil olmaqla, mövcud 32 km dərinliyində "Sülh çeşməsi" əməliyyatında yaradılmış status davam etdiriləcəkdir.

 

4. Hər iki tərəf Adana Sazişinin əhəmiyyətini təsdiqləyir. Rusiya Federasiyası mövcud şərtlərdə Adana Sazişinin həyata keçirilməsini asanlaşdıracaq.

 

5. 23 oktyabr 2019, günorta saat 12.00-dən etibarən, Rus hərbi polisi və Suriya sərhəd gözətçiləri, "Sülh çeşməsi" hərəkat sahəsinin xaricində qalan Türkiyə-Suriya sərhədinin Suriya tərəfinə, YPG terrorçuları və silahlarınınTürkiyə-Suriya sərhədinin 30 km xaricinə çıxarılmasını təmin edəcək. Bu müddət 150 saat ərzində tamamlanacaq. Eyni zamanda, mövcud "Sülh çeşməsi" əməliyyatı bölgənin 10 km dərinliyində və Qamışlı şəhəri istisna olmaqla, Türkiyə-Rusiya ortaq patrullarına başlanacaqdır.

 

6. Münbiç və Tel Rıfatdan olan bütün YPG elementləri çıxarılacaq.

 

7. Hər iki tərəf terrorçuların qarşısının alınması üçün lazımi tədbirlər görməlidir.

 

9. Bu memorandumun icrasına nəzarət etmək və əlaqələndirmək üçün birgə monitorinq və yoxlama mexanizmi yaradılacaqdır.

 

10. Tərəflər Astana mexanizmi çərçivəsində Suriya münaqişəsinin daimi siyasi həllini tapmaq üçün səylərini davam etdirəcək və Konstitusiya Komitəsinin fəaliyyətinə dəstək verəcəkdir.

 

Müəllif: Mərahim Nəsib      22 Oktyabr 2019 23:30
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin