Yüz iyirmi altıncı imperator and içib

Yüz iyirmi altıncı imperator and içib

“Yaponiya xalqının birliyi üçün vəzifələrimi layiqincə yerinə yetircəyimə söz verirəm”

 

Yaponiyanın 126-cı imperatoru Naruhito taxta çıxıb. AYNA xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” xəbər agentliyi məlumat yayıb.

 

“Konstitusiyaya uyğun hərəkət edəcəyimə və Yaponiya xalqının birliyi üçün vəzifələrimi layiqincə yerinə yetircəyimə söz verirəm”, - deyə imperator and içib.

 

Andiçmə mərasimində Türkiyənin Mədəniyyət və Turizm naziri Məhmət Nuri Ərsoy da iştirak edib.

 

Qeyd edək ki, Naruhito bu postda sələfi Akihitonu əvəz edir.

Müəllif: Ayna.az      22 Oktyabr 2019 19:58
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin