Ərdoğan Rusiyaya gedir: “Amerika vədinə əməl etməsə...”

Ərdoğan Rusiyaya gedir: “Amerika vədinə əməl etməsə...”

Türkiyə Prezidenti: “2200 kvadrat kilometrlik ərazi terrorçulardan azad edilib, məqsəd daha 444 kilometrlik ərazini azad etməkdir”

 

ABŞ ilə Türkiyə arasında əldə olunan razılaşmaya əsasən, Suriyanın şimalındakı PKK/YPG terrorçularına bölgədən çəkilmək üçün 5 gün müddət verilmişdi. Bunun müqabilində Türkiyənin başlatdığı “Sülh çeçməsi” əməliyyatı 120 saatlığına dayandırılmışdı.

 

AYNA xəbər verir ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş verənlər bağlı açıqlama verib. O, YPG-nin bölgədən çıxması istiqamətində fəaliyyətlərin davam etdiyini və silahların saxlanıldığı yerlərin müəyyənləşdirildiyini deyib: “Bu silahları terrorçulara Amerika göndərmişdi. Pompeo ilə görüş zamanı da bu məsələni müzakirə etmişdik. Geri çəkilməyəcəyik”.

 

Ərdoğan bu gün Rusiyanın Soçi şəhərinə edəcəyi səfər zamanı, rusiyalı həmkarı Vladimir Putinlə Suriya hadisələrini müzakirə edəcəyini bildirib: ““Sülh çeşməsi” əməliyyatı ilə 2200 kvadrat kilometrlik ərazi terrorçulardan azad edilib. Lakin məqsəd 444 kilometrlik ərazini də terrordan azad etməkdir. Amerika ölkəmizə verdiyi vədlərə əməl etməsə, daha böyük bir qətiyyətlə əməliyyatlarımıza davam edəcəyik. Vicdanı olan bütün ölkələrin də bu layihəni dəstəkləyəcəyinə ümid edirik. Çünki Türkiyə 8 ildir ki, bu yükü çiyinlərində tək daşıyır”.

 

“Suriyanın gələcəyində PKK və YPG-yə yer yoxdur. Hazırda terrorçular bölgədən uzaqlaşırlar. Son məlumatlara görə, 800-dən çox terrorçu ərazini tərk edib. 8 ildir ki, tək qalmışıq. Bu mübarizəyə 40 milyarddan çox vəsait sərf etmişik. Avropa İttifaqı verdiyi sözə əməl etmədi”, - deyə Türkiyə Prezidenti əlavə edib.

Müəllif: Ayna.az      22 Oktyabr 2019 15:16
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin