Milli Məclis Avropa Şurasının Konvensiyasını təsdiqləyib

Milli Məclis Avropa Şurasının Konvensiyasını təsdiqləyib

Layihə bu gün parlamentin plenar iclasında müzakirəyə çıxarılaraq qəbul olunub

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. AYNA xəbər verir ki, qanun layihəsi Azərbaycan Respublikasının bəyanatı ilə birgə qəbul olunub.

 

Sənədə əsasən, Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyanın müddəaları Ermənistana münasibətdə Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcək. Eni zamanda Ermənistan tərəfindən işğal olunmuş ərazilərində (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu) Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat verilmir. Azərbaycan bəyan edilən bu halları istənilən zaman dəyişdirmək və ya ləğv etmək hüququnu özündə saxlayır və digər tərəflər hər hansı bu cür dəyişikliklər və ya ləğvetmələr haqqında yazılı şəkildə məlumatlandırılacaq.

 

Layihə bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaraq qəbul edilib.

Müəllif: Ayna.az      22 Oktyabr 2019 14:29
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin