Qusar sakini dağdan yıxılıb

Qusar sakini dağdan yıxılıb

Onun hündürlükdən yıxılaraq dərəyə düşdüyü ehtimal olunur

 

21.10.2019-cu il tarixində saat 18:30 radələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonundan məlumat daxil olub.

 

Məlumata əsasən, Qusar rayonunun Buğur kəndi ərazisində, mürəkkəb relyefli yüksək dağ massivində, 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun hündürlükdən yıxılaraq dərəyə düşdüyü ehtimal olunur.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya bildirilib ki, Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az      22 Oktyabr 2019 12:18
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin