İranda güclü zəlzələ baş verib

İranda güclü zəlzələ baş verib

Zəlzələ nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilməyib

 

İranın cənubunda yerləşən Hürmüzgan bölgəsinin Kuherd qəsəbəsi yaxınlığında zəlzələ baş verib.

 

AYNA xəbər verir ki, Tehran Universitetinin Seysmoloji Mərkəzindən verilən açıqlamaya görə, baş vermiş zəlzələ 5,6 bal gücündə olub. 

 

Zəlzələ yerli vaxtla saat 14.28-də qeydə alınıb.

 

Açıqlamada o da qeyd olunur ki, yerin 10 kilometr dərinliyində baş verən təkanlar ətraf şəhərlərdə də hiss olunub.

 

Hələ ki, zəlzələ nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilməyib.

Müəllif: Ayna.az      21 Oktyabr 2019 17:03
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin