Ədalət Vəzirovun israilli tələbəsi Bakıda kamançanı dindirəcək

Ədalət Vəzirovun israilli tələbəsi Bakıda kamançanı dindirəcək

Əfsanəvi kamança ifaçısı Mark Eliyahu Bakıya gəlir

 

Məşhur kamança ustası Mark Eliyahu Bakıda və Gəncədə konsert verəcək. Bakıdakı "United Cultures" təşkilatından AYNA-ya verilən məlumata görə, Markın maraqlı repertuardan ibarət dinamik və emosional konsert proqramı "Elektra Hall"da baş tutacaq.

 

Məlumatda bildirilir ki, Qafqaz regionunun digər şəhərlərindən avtobusla tur edəcək musiqiçi şəhər və kəndlərdə yol boyunca dayanacaq, meydanlarda, küçələrdə əhali ilə görüşəcək və Azərbaycan  muğamını regionda təbliğ edəcək.

 

14-15 noyabr 2019-cu il tarixlərində məhşur kamança ustası Mark Eliyahu Qafqaz turu çərçivəsində Bakı və Gəncə şəhərlərində, 17 noyabr tarixində isə Tbilisidə konsert proqramı ilə çıxış edəcək.

 

Məlumat üçün bildirək ki, 1982-ci ildə  Dağıstanda doğulan israilli kaman ifaçısı Yunanıstanda kamança ilə tanış olsa da, Azərbaycana gələrək Əməkdar artist, kamança ustası Ədalət Vəzirovdan dərs alıb. Markın atası da məşhur musiqisi Piris Eliyahudur.

Müəllif: Ayna.az      21 Oktyabr 2019 13:49
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin