Qeydiyyat başladı, tələsin

Qeydiyyat başladı, tələsin

Magistraturaya qəbul olan bakalavrların qeydiyyatı başlayıb

 

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı başlayıb. Bu barədə AYNA-ya Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, magistraturaya qəbul olunanlar iyunun 27-dən iyulun 10-dək tələb olunan sənədləri qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həfətnin şənbə və bazar günləri qeydiyyat aparılmayacaq. 

 

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər. Bakalavrlar tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Müəllif: Ayna.az      27 İyun 2019 10:53
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin