DİN Əli Kərimlinin fikirlərinə cavab verdi - FOTOLAR

DİN Əli Kərimlinin fikirlərinə cavab verdi -       FOTOLAR

İsbi Babaxanov: "Əli Kərimli hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxılıb"

 

Daxili İşlər Nazirliyi (DİN) ötən gün paytaxtın mərkəzində keçirilən qanunsuz aksiya zamanı saxlanılan AXCP sədri Əli Kərimlinin onların ünvanına səsləndirdiyi böhtan xarakterli fikirlərinə cavab verib.

 

AYNA-nın məlumatına görə, DİN-in Arif Heydərov adına Respublika Hospitalının rəisi İsbi Babaxanov bildirib ki, Əli Kərimli hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxılıb.

 

DİN-in Hospitalında Əli Kərimlinin müayinələrindən sonra onda heç bir problem aşkarlanmayıb. Müayinənin nəticələri həkimlər tərəfindən araşdırılıb və bu barədə onun özünə bütün məlumatlar verilib.

 




 
Müəllif: Ayna.az      20 Oktyabr 2019 14:36
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin