“Real” uduzdu, “Barselona” liderliyi ələ aldı

“Real” uduzdu,   “Barselona” liderliyi ələ aldı

“Real” səfərdə “Malyorka”ya uduzub

 

İspaniya La Liqasında IX tur davam edir. AYNA-nın məlumatına görə, daha dörd oyun keçirilib.

 

“Barselona” səfərdə “Eybar”ın qapısından üç cavabsız qol keçirib. “Xetafe” “Leqanes” üzərində qələbə qazanıb.

 

“Atletiko” və “Valensiya”nın duelində komandalar hərəyə bir xal əldə ediblər. “Real” səfərdə “Malyorka”ya uduzub. Bu, “Barselona”nın liderliyi ələ keçirməsi ilə nəticələnib.

 

Qeyd edək ki, tura oktyabrın 20-də yekun vurulacaq.

 

İspaniya La Liqası
IX tur
19 oktyabr


“Eybar” – “Barselona” – 0:3
Qrizmann, 13, Messi, 58, Suares, 66


“Atletiko” – “Valensiya” – 1:1
Kosta, 36 – Parexo, 82


“Xetafe” – “Leqanes” – 2:0
Rodriges, 64, 84


“Malyorka” – “Real” – 1:0
Junior, 7

 

Müəllif: Ayna.az      20 Oktyabr 2019 02:32
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin