Şəmkirdə 25 yaşlı qadın itkin düşüb - FOTO

Şəmkirdə 25 yaşlı qadın itkin düşüb -         FOTO

Şəmkirdə 2 uşaq anası itkin düşüb 

 

25 yaşlı Şəmkir rayon sakini evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

AYNA-nın məlumatına görə, Sabirkənd kənd sakini, 1994-cü il təvəllüdlü Tanrıverdiyeva Gülnar Qafqaz qızı 17 Oktyabr tarixində saat 11 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

O evdən çıxarkən əynində qara şalvar, yasəmən rəngli kofta olub.

 

G.Tanrıverdiyeva ailəlidir, 2 övladı var. O, psixoloji xəstəliyi ilə əlaqədar olaraq Bakıda müalicə alır.

 

Faktla bağlı Şəmkir Rayon Polis İdarəsinə məlumat verilib.

 

Xanımı görənlərdən aşağıdakı nömrələrlə əlaqə saxlamaları xahiş olunur.

 

+994513094929

+994504508062

+994507211194

+994505018701

 

Müəllif: Ayna.az      19 Oktyabr 2019 01:55
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin