UEFA Rusiya və Kosovo komandalarını eyni qrupa salmayacaq

UEFA Rusiya və Kosovo komandalarını eyni qrupa salmayacaq

"Bu komandalar qeyri-müəyyən vaxta qədər UEFA yarışlarında eyni qrupda olmayacaq"

 

Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) Fövqəladə Komissiyası, Rusiya və Kosovo komandalarının birliyin himayəsi altında təşkil olunan turnirlərdə eyni qrupa salınmaması barədə qərar verib

 

AYNA xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

 

“Rusiya və Kosovo klubları arasında oyunların keçirilməsi ilə bağlı bütün təhlükəsizlik risklərini nəzərə alaraq komissiya qərara gəlib ki, bu komandalar qeyri-müəyyən vaxta qədər UEFA yarışlarında eyni qrupda olmayacaq.

 

2021-ci ildə keçiriləcək qadınlararası Avropa çempionatının seçmə mərhələsinin oyunlarında Rusiya və Kosovo milli komandalarının qarşılaşması neytral meydanda baş tutacaq”.

 

Müəllif: Ayna.az      18 Oktyabr 2019 22:16
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin