REFORMULA – 2

REFORMULA – 2

Onda mən də ilk dəfə özümə eyni sualı verdim: nə baş verir?

 

Yarım il əvvəl, Formula-1 yarışlarının növbəti Bakı mərhələsinin bitdiyi gün mən islahatlara (reformalara) həsr etdiyim bir məqalə yazmışdım və onu “Reformula 1” adlandırmışdım. Hazırkı məqaləni isə onun davamı kimi yazıram, çünki fabula da, iştirakçılar da eynidir, hətta başlığı dəyişməyə belə ehtiyac yoxdur.

 

***

 

Üç gündür ki, işimlə bağlı sıx əlaqə saxladığım xarici həmkarlar zəng edib sual verirlər: “Orada nə baş verir? İndi nə olacaq?” Dərhal bilinir ki, suallar Prezidentin sonuncu iqtisadi müşavirədə çıxışına aiddir. Hamıya bir yerdə cavab verməyə çalışacağam.

 

Beləliklə, NƏ baş verir?

 

Bu, 2016-cı ilin axırlarından hiss edilməyə və yalnız 2019-un əvvəlindən real formalar almağa başladı – söhbət dərin islahatların qaçılmaz olduğunun dərkindən gedir. Vəziyyətə nə təsir göstərdi? Çox şey. Ən vacibi isə – maliyyə sisteminin etibarlı olmaması və “neft erası”nın sonunun yaxınlaşması səbəbindən kəskin iqtisadı geriləmənin mümkünlüyü təhlükəsi; hakimiyyətdə idarəçilik mexanizminin dəyişməsi və vitse-prezidentlik institutunun formalaşdırılması ilə ölkə həyatının mühüm sahələrində paralel idarəçilik strukturlarının yaradılması; nəhayət, uzun fasilədən sonra keçirilən 2019-cu ilin yanvar mitinqində hələ də “köhnəlikdən” əl çəkməmiş hakimiyyətin “xalqı itirmək” ehtimalinin üzə çıxması.

 

Ardınca isə əvvəllər müşahidə edilməyən və doğrusu, çoxları üçün gözlənilməz olan hadisələr baş verməyə başladı. Fevralda Prezident qəflətən bəyan etdi ki, daha Azərbaycan xarici əlaqələr sahəsində balanslaşdırılmış siyasət yürütməyəcək, öz maraqlarına uyğun seçim edəcək; martda o, daxili siyasətdə xalqa dərin islahatlar vəd etdi və bildirdi ki, dəyişikliklərin alternativi yoxdur; apreldə dövlət başçısı cəmiyyəti bu prosesə qoşulmağa çağırdı və hökumətin fəaliyyəti üzərində ictimai nəzarəti hər yerdə gücləndirməyi tövsiyə etdi.

 

Bax onda mən də ilk dəfə özümə eyni sualı verdim: nə baş verir?

 

Maaşlar qaldırılırdı, müavinətlər və subsidiyalar artırılırdı, amma hələ havadan əsl islahatlar iyi gəlmirdi. Nə çatışmırdı? Dəqiq fəaliyyət proqramı, yuxarıların güclü siyasi iradəsi və aşağıların inamı, ictimai fəallığı.

 

Amma “sürünən islahatlar” adətən məhz belə baş verir. İlk vaxtlar söz-söhbət yayılır, çağırışlar səslənir, hakimiyyətin öz daxilində böyük, bəzən hətta qeyri-adekvat müqavimət doğuran tək-tük addımlar atılır, ayrı-ayrı cəhdlər göstərilir, xalq isə nə baş verdiyini hələ anlamadan, vədlərə inanmadan müşahidəçi mövqeyində qalmaqda davam edir.

Müəllif: Arif Əliyev      18 Oktyabr 2019 16:45
Arif Əliyev bölməsinə aid digər xəbərlər
6 İyul
22:51
Köhnə hamam, köhnə tas: Biz dəyişmək istəmirik...
6 İyul
21:35
Prezident “Fairmont”dakı karantin pozulması barədə: “O biabırçı hadisə dözülməzdir”
6 İyul
19:18
COVID-19 AzTV-ni niyə “qaralayıb”?
6 İyul
17:42
Azərbaycanda COVID-19-a yeni yoluxma statistikası açıqlanıb
6 İyul
17:31
Koronavirusla mübarizə məqsədilə yeni qərar və vətəndaşlara müraciət
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin