Bir günlük körpəni küçəyə atıblar, vəziyyəti ağırdır

Bir günlük körpəni küçəyə atıblar, vəziyyəti ağırdır

Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb

 

Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində küçəyə körpə atılıb. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, o, 1 günlük oğlan uşağıdır.

 

“Körpə hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib. Uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib”, - deyə məlumatda qeyd olunub.

 

“Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb”, - nazirlikdən bildirilib.

Müəllif: Ayna.az      18 Oktyabr 2019 12:53
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin